Gerb

19.09.2013 Mətnin ölçüsü Plus Minus

Sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov və Polşa Respublikasının Azərbaycandakı konsulu Miroslav Vişnevski arasında görüş keçirilmişdir. Görüş 25 sentyabr 2013 cü il tarixində keçiriləcək “Greenevo” – Yaşıl Texnologiyaların Akseleratoru iqtisadi seminarı mövzusunda aparılmışdır. Nazir müavini Gülməmməd Cavadov iştirakçıları salamlayaraq artıq bir neçə ildir ki, sözü gedən tədbirdə Nazirliyin iştirak etdiyini və bu mövzuda məlumatlı olduğunu qeyd etmişdir. Öz növbəsində Konsul Miroslav Vişnevski öncə 2012-ci il tarixdə keçirilmiş “Greenevo” tədbirində fəal işiraklarına görə Nazirliyin əməkdaşlarına öz təşəkkürünü bildirmişdir. Konsul Miroslav Vişnevski keçiriləcək tədbirdə polyak şirkətlərinin ekoloji texnologiyalara dair təkliflərini təqdim edəcəklərini qeyd etmişdir. Eyni zamanda Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən müəssələrin həmin tədbidə iştiraklarını təmin etmək üçün Nazirlik tərəfindən köməklik göstərilməsini xahiş etmişdir. Nazir müavini Gülməmməd Cavadov artıq bu istiqamətdə ölkədə xarici şirkətlərlə birgə əhəmiyyətli işlər görüldüyünü və şirkətlərlə əməkdaşlıq edildiyini qeyd etmişdir. Nazir müavini ölkəmizin ekologiya və yeni texnologiyalara sərmayə yatıran bir ölkə olduğunu da diqqətə çatdırmışdır. Görüşün sonunda nazir müavini Gülməmməd Cavadov “Greenevo” seminarının keçirilməsində Nazirliyin Polşa Səfirliyinə dəstək olacağını və Azərbaycanın bu əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirmişdir.


Facebook-da paylaş Printer