Gerb

12.06.2014 Mətnin ölçüsü Plus Minus

Görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev İsveçlə münasibətlərin müxtəlif sahələrində inkişafında böyük potensialın olduğunu qeyd edərək vurğulamışdır ki, Azərbaycan və İsveç Krallığı arasında əməkdaşlığın genişləndirilməsi üçün aidiyyəti dövlət qurumları arasında müntəzəm görüşlərin keçirilməsi, iş adamları arasında biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyəti olduqca vacibdir. Görüşdə həmçinin, Azərbaycanla İsveç arasında ikitərəfli iqtisadi münasibətlərdən, o cümlədən hər iki ölkədə çalışan şirkətlərin fəaliyyətindən söz açılmış, Azərbaycanla İsveç arasında ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilmiş, iki ölkənin əməkdaşlığının dərinləşməsi üçün potensial imkanların olduğu bildirmişdir. İsveç Krallığının Ticarət naziri xanım Eva Byörlinq bu marağın göstəricisi kimi, Bakıda İsveç səfirliyinin açılmasını, həmçinin İsveç nümayəndə heyətinin Azərbaycana səfərini, həmin səfər çərçivəsində həm dövlət strukturları, həm də özəl şirkətlərlə danışıqların aparıldığını qeyd etmişdir.


Facebook-da paylaş Printer