Article Index

 

Günəş enerjisinin 5 il ərzində 800 QVt artması, quraşdırlmış gücün isə 2022-ci ildə 1 TVt-dan çox olması gözlənilir. 2018-ci ilin sonunda, 500 QVt-ı aşan qlobal günəş enerjisi gücünün 2022-ci ildə 1000 QVt-a çatacağı proqnozlaşdırılır. “SolarPower Europe” tərəfindən nəşr olunan “2019-2023 Günəş Elektrik Enerjisi Qlobal Bazar Mənzərəsi” hesabatına əsasən, orta böyümə ssenarisinə görə, 2023-ci ildəki güc 1.300 MVt-a yaxınlaşacaq. Bununla birlikdə 2023-cü ildə quraşdırılmış gücün 1.610 MVt-a çatması da mümkündür. Hesabata görə, qlobal günəş enerjisi gücü 2018-ci ildə ilk dəfə 100 QVt həddini aşaraq 102,4 QVt artım göstərib. Bu artım ilə birlikdə ümumilikdə 500 QVt-ı keçən qlobal günəş enerjisi gücü 2018-ci ildə cəmi elektrik enerjisi istehsalının 2%-ni təşkil edib. Bununla yanaşı, ötən il günəş enerjisi investisiyalarının səviyyələndirilmiş elektrik enerjisi xərcləri (LCOE) 14% azalıb. Dünyanın yüksək radiasiya səviyyələri müşahidə olunan ərazilərində keçirilən yarışmalarda qiymət təklifləri kilovat-saat üçün 2 sentə (ABŞ dolları) qədər düşüb. Hesabatın orta böyümə ssenarisinə görə qlobal günəş enerjisi gücü 2019-cu ildə 128 QVt artım göstərərək il sonu 645 QVt-a çatacaq. İllik böyümə rəqəmi nizamlı şəkildə artaraq qlobal günəş enerjisi gücü 2020-ci ildə 144 QVt, 2021-ci ildə 158 QVt, 2022-ci ildə 169 QVt və 2023-cü ildə 180 QVt təşkil edəcək. Beləliklə, 2022-ci ildə 1.000 GVt səviyyəsinə çatacaq günəş enerjisi gücü 2023-cü ilin sonunda isə 1.297 QVt-a çata biləcək.

gunesh5il

Xəbərlər

Energetika

Tədbirlər

q c 30.08.19 az

 Mediada biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent  $/b 60,02
 flag usa2x  WTI  $/b 55,37
 az  Azeri Light  $/b 63,12
Apellyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici
məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps az

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.