Article Index

BP şirkətinin 2019-cu il Dünya Enerjisi üzrə Statistik İcmalına görə, 2018-ci ildə dünya üzrə ilkin enerji istehlakı 2017-ci ilə görə 2,9% artaraq 13,9 milyard ton neft ekvivalenti olub. 2007-2017-ci illər üzrə orta illik artım 1,5% təşkil edib. Qlobal enerji istehlakındakı bu artım 2010-cu ildən bu tərəfə qeydə alınan ən böyük artım olub.

Qlobal enerji istehlakında ən önəmil pay sahibi Çin, ABŞ, Hindistan və Rusiya Federasiyası olub. Belə ki, dünya üzrə enerji istehlakının 23,6%-i Çinin,16,6%-i ABŞ-ın, 5,8%-i Hindistanın, 5,2%-i Rusiyanın payına düşüb. Bu dörd ölkənin payı qlobal enerji istehlakının 51,2%-ni təşkil edib. Çində enerji istehlakı 4,3%, Hindistanda 7,9%, ABŞ-da 3,5%, Rusiyada isə 3,8% artıb. Hesabata əsasən, Çin 18 il dünyanın ən çox illik artım müşahidə olunan enerji bazarı olub. Çinin enerji istehlakı 2018-ci ildə 3,2 milyard ton neft ekvivalenti olub ki, bu da Avropa Birliyinin enerji istehlakından təxminən 1,6 dəfə çoxdur. ABŞ-ın enerji istehlakı 2,3 milyard ton neft ekvivalenti, Hindistanın isə 809 milyon ton neft ekvivalenti olub. Bir çox Avropa ölkəsində, o cümlədən Almaniya, İtaliya, İsveç və Böyük Britaniyada ilkin enerji istehlakında azalma müşahidə edilib.   

Qlobal enerji istehlakının 33,6%-i neftin, 23,9%-i təbii qazın, 27,2%-i kömürün payına düşüb. Ənənəvi enerji resursları ilkin enerji istehlakının 84,7%-ni, nüvə enerjisi 4,4%-ni, hidroenerji 6,8%-ni, bərpa olunan enerji mənbələri isə 4,1%-ni təşkil edib.

İllər üzrə ən böyük artım təbii qazda müşahidə olunub. Qlobal təbii qaz istehlakı əvvəlki ilə nisbətən 5,3% artaraq 3,3 milyard ton neft ekvivalentini (3,9 trilyon kub metr) keçib. İstehlakda ən böyük artım Çin, Orta Şərq və Avropada müşahidə olunub. Təbii qaz istehlakında ən böyük pay 21,5%-lə ABŞ-ın payına düşüb. Onu 17,3%-lə Rusiya Federasiyası izləyib. Təbii qaz istehsalında ən böyük pay 21,2%-lə ABŞ-ın (817 milyard kub metr), 11,8%-lə Rusiyanın (455 milyard kub metr) olub.

İxracda kömür istehlakı dünya üzrə 1,4% artaraq 3,7 milyard ton neft ekvivalenti olub ki, bu da son 10 ildə kömür istehlakının ən çox olduğu il olub. Kömür istehsalının 50,5%-i Çinin, 12%-i Hindistanın, 8,4%-i ABŞ-ın payına düşüb.

Hesabata görə, nüvə enerjisi 2017-ci ilə nisbətən 2,4% artıb. Əsas pay 31,4%-lə ABŞ-ın, 15,3%-lə Fransanın və 10,9%-lə Çinin payına düşüb.

Hidroenerji 2017-ci ilə nisbətən 3,1% artıb. Əsas pay 28,7%-lə Çinin, 9,2%-lə Kanadanın və 9,2%-lə Braziliyanın payına düşüb.

Bərpa olunan enerji istehlakı əvvəlki ilə nisbətən 14,5% artıb. 2007-2017-ci illər üzrə orta illik artım isə 16,4% olub. Əsas pay 25,6%-lə Çinin, 18,5%-lə ABŞ-ın və 4,9%-lə Hindistanın payına düşüb. Çində artım 28,8%, ABŞ-da isə 9,8% olub.

2018-ci ildə bərpa olunan enerji mənbələri (hidroenerji daxil edilmədən) üzrə elektrik enerjisi istehsalı 2 480,4 milyard kilovat-saat olub ki, onun da 51,2%-i külək enerjisinin, 23,5%-i günəş enerjisinin, 23,7%-i isə digər mənbələrin payına düşüb. 

Qlobal elektrik enerjisi istehsalı 2018-ci ildə əvvəlki ilə nisbətən 3,7% artaraq 26 614.8 milyard kilovat-saat olub. 2007-2017-ci illər üzrə orta illik artım 2,5% təşkil edib. Elektrik enerjisi istehsalının 26,7%-i Çinin, 16,8%-i ABŞ-ın, 5,9%-i Hindistanın payına düşüb. 3 ölkədə enerji istehsalı dünya üzrə istehsalın 49,4%-ni təşkil edib. Çində il ərzində 7,7% artım qeydə alınıb. Elektrik enerjisi istehsalının 3,01%-i neftin, 23,2%-i təbii qazın, 37,95%-i kömürün, 10,1%-i nüvə enerjisinin, 15,8%-i hidroenerjinin, 9,3%-i bərpa olunan enerjinin, 0,6%-i isə digər mənbələrin payına düşüb. Neftdən 802.8, təbii qazdan 6182.8, kömürdən 10100.5, nüvə enerjisindən 2701.4, hidroenerjidən 4193.1, bərpa olunan enerji mənbələrindən 2480.4, digər mənbələrdən 153.8 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

bp baner marif

Xəbərlər

Energetika

Tədbirlər

18 OKTYABR AZE

 Mediada biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent  $/b 60,22
 flag usa2x  WTI  $/b 54,39
 az  Azeri Light  $/b 63,92
Apellyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici
məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps az

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.