Görülən işlər

 

15 aprel 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmiş namizədlər Ramazanlı Aytən Valeh qızı, Hüseynova Nilufər Mehman qızı və İsazadə Vüsal Ziyəddin oğlunun müraciətlərinə dair 03 iyul 2019-cu il tarixində Energetika Nazirliyinin Apellyasiya Şurasının iclası keçirilmiş və bununla bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Qərar №2

Qərar №3

Qərar №4

 


21 may 2019-cu il tarixdə Energetika Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir.

İclasda “Armoni İnşaat” MMC-nin direktoru Quliyev Cavanşir Səfər oğlunun Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti ilə bağlı müraciətinə baxılmışdır.

Apellyasiya Şurasının iclasında aidiyyəti qurum olaraq “Azərişıq” ASC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir.

21 may 2019-cu il tarixində Energetika Nazirliyinin Apellyasiya Şurasının Qərarı

 


19 sentyabr 2018-ci il tarixində Energetika Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib.

İclasda vətəndaş Kərimov İldırım Əli oğlunun dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibədə müvafiq vəzifəyə uyğun hesab edilməməsinə dair nəticə ilə razılaşmaması və müsahibə materiallarının araşdırılması barədə müraciətinə baxılıb.

Müraciətlə bağlı toplanmış məlumatlara və müsahibənin video çəkilişinə Apellyasiya Şurasının üzvləri tərəfindən baxılaraq, müvafiq rəylər əsasında səsvermənin nəticəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müsahibənin nəticəsinə dair qərarı qüvvədə saxlanılıb.

19 sentyabr 2018-ci il tarixində Energetika Nazirliyinin Apellyasiya Şurasının Qərarı

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.