Energetika naziri Münhen Təhlükəsizlik Konfransında çıxış edib

 

csm conAzərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyada 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş iclasda  iştirak edib. Nazir çıxışında dünyada təhlükəsizliyin təminatında enerji təhlükəsizliyinin artan rolundan bəhs edib. Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə, davamlı inkişafa xidmət enerji siyasəti, neft-qaz layihələrindən danışıb.

O, 7 ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələyə daxil olduğunu bildirib və layihənin dünyanın enerji xəritəsini yenidən formalaşdıran strateji əhəmiyyətini diqqətə çatdırıb. Energetika naziri Pərviz Şahbazov deyib: ““Cənub Qaz Dəhlizi”  hazırda dünya enerji təhlükəsizliyi sisteminə şaxələnməni mənbə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir. Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkələrini əhatə etmək perspektivinə malikdir. Bu isə onu göstərir ki, “Cənub Qaz Dəhlizi”nin inkişafı ilə Avropada enerji təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək.”

Nazir həmçinin Bakıda fevralın 20-də keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı və bu formatda müzakirələrin enerji təhlükəsizliyinə töhfələri barədə məlumat verib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik konfransı 1963-cü ildən  beynəlxalq müzakirə  forumu kimi dünyada təhlükəsizliyə və sabitliyə töhfə verir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.