Neft İstehsal  edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası müzakirə edilib

 

Avstriyanın paytaxtı Vyana şəhərində, OPEC Katibliyində “Neft İstehsal  edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” üzrə qeyri-OPEC ölkələrinin yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanı energetika nazirinin müşaviri Esmira Cəfərova təmsil edib. “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” müzakirə edilərək, iştirakçıların rəyləri öyrənilib. Cari ilin aprel ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması və OPEC+ ölkələri nazirlərinin növbədənkənar görüşündə imzalanmaya təqdim  edilməsinin vacibliyi qeyd olunub.   

opec 25.02.19

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.