Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir

 

Energetika naziri Pərviz Şahbazovun dəvəti ilə Azərbaycana səfər edən Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Monqolustanın energetika naziri bildirib ki, bu səfər və keçirilən görüşlər iki ölkə arasında enerji, eləcə də digər sahələrdə əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün bir fürsətdir. Bildirib ki, Monqolustanda neft-qaz sektoru hazırda inkişaf mərhələsindədir və bu sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Monqolustan, neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin təhsil almasında maraqlıdır.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə bildirib ki, iki öllkə arasında həm prezidentlər səviyyəsində, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək münasibətlər enerji sahəsində də inkişafa təkan verir. Bu məqsədlə, Azərbaycan öz təcrübəsini bölüşməyə, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. Nazir gələcəkdə “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun izalanmasının bu prosesə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə həmçinin Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəbində təhsil almaları üçün lazımi dəstəyn veriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etməsi yüksək qiymətləndirib və bu çərçivədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət zamanı hər iki ölkədə energetika sektorunun müasir vəziyyəti, qarşıda duran hədəflər və qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri ətrafında da  fikir mübadiləsi aparılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.