Energetika naziri Pərviz Şahbazov “Azərbaycan” İES-ə baş çəkib

 

Energetika naziri Pərviz Şahbazov “Azərenerji” ASC-nin qoyuluş güclərinin optimallaşdırılması və bərpası” Proqramı çərçivəsində “Azərbaycan” İES-də görülən işlərlə yerində tanış olmaq üçün Mingəçevirə gedib. Nazirin iştirakı ilə “Azərbaycan” İES-in fəaliyyətinə baxış keçirilib, müzakirələr aparılıb.

 “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” İES-də proqramda nəzərdə tutulan tədbirlərə uyğun olaraq görülən işlər barədə məlumat verib. Bildirilib ki, 6 və 7 saylı enerji bloklarında turbin və qazanlarda əsaslı təmir işləri görülüb. Yenidənqurma çərçivəsində 6 və 7 saylı enerji blokları, 1 və 2 nömrəli əlaqə avtotransformatorlarının 550 kV-luq Açıq Paylayıcı Qurğularında olan istismar müddəti başa çatmış bütün avadanlıqlar yeniləri ilə əvəz edilib, müasir eleqaz açarları, ölçü transformatorları, yeni kabel kanalı və idarəetmə kabelləri quraşdırılıb.

Bundan başqa, 330 kV-luq APQ-nin yenidənqurma işlərinə hazırlıq gedir və yeni idarəetmə mərkəzinin tikintisi davam etdirilir.

Xatırladaq ki, Energetika Nazirliyi tərəfindən Almaniyanın Enerco/VPC şirkətləri cəlb edilməklə və “Azərenerji” ASC-nin iştirakı ilə 2018-ci ilin aprel-iyul aylarında elektrik stansiyalarında aparılmış araşdırmalar əsasında “Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası” Proqramı hazırlanmış və icrasına başlanılmışdır.

1

2

3

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.