Bakı şəhərinin elektrik təchizatinin etibarlığı və dayanıqlığı daha da yaxşılaşıb

 

Paytaxt Bakı şəhəri üzrə 2018-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,86 saat təşkil edib.

Ötən il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,96 dəfə olub.

Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son illərdə Bakı şəhərini paylayıcı şəbəkəsində olan 110 və 35 kV-luq yarımstansiyaların tikilərək tam yenidən qurulması, paytaxtın demək 90 faizindən artıq ərazisində yeraltı kabelləşmə işininn həyata keçirilməsi, dairəvi elektrik təchizat sxemlərinin yaradılması və şəbəkələrin əks-qəza avtomatikasına qoşulmasıdır.

saidi saifi

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.