Bərpa olunan enerji üzrə qanunvericiliyin hazırlanmasında dövlət - özəl əməkdaşlığı  müzakirə edilib

 

Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və maliyyə qurumlarının nümayəndələrinin iştirakı ilə bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığına dair növbəti dəyirmi masa keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, hazırda bərpa olunan enerji sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, enerji alqı-satqı müqavilələrinin, hərrac mexanizmlərinin hazırlanması istiqamətində mühüm addımlar atılır və investorların maraqlarının təmin edilməsi, risklərin qiymətləndirilməsi ilə bağlı təkliflər nəzərə alınaraq tədbirlər görülür.

DNV-GL şirkətinin eksperti İlka Levinqton isə bərpa olunan enerji sahəsində müvafiq normativ hüquqi aktların hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verib. O, zəmanətli tarif sisteminin, vergi və gömrük güzəştlərinin tətbiqini,  bərpa olunan enerji ilə bağlı layihələrə dəstəyi vacib sayıb.

Tədbirdə ekspertlər tərəfindən bərpa olunan enerji mənbələri üzrə seçilmiş ərazilərin hərraca çıxarılması, qarışıq hərrac modelinin tətbiqinin öyrənilməsi, sadələşdirilimiş lisenziya və icazə ilə bağlı təkliflər mexanizminin hazırlanması, əlavə maliyyə mənbələrindən istifadə edilməsi və pərakəndə tarif qiymətlərinin nəzərə alınması kimi təkliflər irəli sürülüb.

Sonra “Bərpaolunan enerji hərracları” mövzusunda təqdimat dinlənilib. Bildirilib ki, ilkin olaraq 1000 MVt-dək güc üçün ərazilər müəyyən edilib ki, bu ərazilərdə 600 MVt-lıq külək, 400 MVt-lıq isə günəş elektrik stansiyaları tikmək mümkündür. İndiyə kimi bərpa olunan enerji potensialına malik 20-yə yaxın ərazi müəyyən edilib və texniki təhlillər aparılıb. Həmin ərazilərdə şəbəkələrin stansiyalara qoşulma imkanları, ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri ilə bağlı məlumatlar da diqqətə çatdırılıb.

9

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.