Asiya İnkişaf Bankının icraçı direktoru Energetika Nazirliyində olub

 

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Asiya İnkişaf Bankının icraçı direktoru Toni Makdonald arasında görüş keçirilib. Energetika sektorunda aparılan islahatlar, həyata keçirilən layihələrdən danışan energetika naziri   bu prosesdə beynəlxalq maliyyə qurumları, o cümlədən AİB-in dəstəyinin vacibliyini qeyd edib. Bildirilib ki, generasiya gücləri və ötürücü sistemin optimallaşdırılması və bərpa proqramları hazırlanıb və bu çərçivədə həyata keçirilən tədbirlər ölkənin elektroenergetika sisteminin dayanıqlığını daha da möhkəmləndirəcək. Bərpa olunan enerji mənblərindən istifadənin genişləndirilməsi ilə bağlı hədəflər və layihələr isə  ekeoloji baxımdan təmiz enerjinin istehsalını təmin etməklə bərabər, enerji resurslarının istehlakında şaxələnməyə kömək edəcək. AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələri isə bu  mərhələdə də görülən işlərə töhfə verəcək.

İcraçı direktoru Toni Makdonald isə  enerji sektorunda əməkdaşlığın inkişafına dəstəyin davam etdirilməsində AİB-in maraqlı olduğunu diqqətə çatdırıb. O, hazırda icra edilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihə və “Azərbaycanın energetika sektorunun maliyyə bərpa planı” texniki yardım layihəsinin ikinci fazası üzrə görülən işləri əməkdaşlıq üçün yeni imkanalr kimi dəyərləndirib.

Görüşdə həmçinin bərpa olunan enerji sahəsinə investorların cəlbi, enerji səmərəliliyi, “Tənzimləyici haqqında” qanun layihəsi və  digər qanunvericilik aktlarının hazırlanması kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.