Fransa Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır

 

Energetika Nazirliyində Fransa İnkişaf Agentliyinin Cənubi Qafqaz İdarəsinin rəhbəri xanım Qael Assayaq ilə görüş keçirilib.

Görüşdə Agentliyin nəqliyyat, kənd təsərrüfatı və digər sahələrlə yanaşı dayanıqlı enerji təchizatı, təmiz enerji üzrə layihələrin maliyyələşdirilməsində iştirakı  və  indiyə kimi   müxtəlif  sahələr  üzrə 752 layihəyə 10,4 mlrd. Avro məbləğində  maliyyə vəsaitinin ayrılması barədə məlumat verilib.  Qael Assayaq bildirib ki,  Agentliik  Azərbaycanda  bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi  üzrə həyata keçirilən layihələrin iştirakda maraqlıdır və  maliyyə dəstəyi verməyə hazırdır.  

Energetika nazirinin müavini Elnur Soltanov ölkənin külək, günəş və digər  bərpa olunan enerji potensialından danışaraq, bu sahənin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, hazırda bərpa olunan enerji sektorunun inkişafına özəl investisiyanın cəlbi məqsədilə normativ hüquqi baza yaradılır, güzəştli tarifllərin tətbiqini  nəzərdə tutan mexanizmlər  hazırlanır. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün BP, Total, Masdar və digər xarici şirkətlərlə  əməkdaşlıq sənədləri imzalanıb.

Görüşdə  bərpa olunan enerji sahəsində əməkdaşlıq  üçün perspektiv layihələr  ətrafında fikir mübadiləsi aparılıb.

1.1

1

1

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.