Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib

 

neft hasilatiRespublikada  may ayı üzrə gündəlik neft hasilatı 776 min barrel olub. Bunun   699 min barrelini xam neft, 77 min barrelini kondensat təşkil edib. Gündəlik 494 min barrel xam neft, 75 min barrel kondensat, 14 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin  yanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2  min barrel təşkil edib.

Energetika Nazirliyi may ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.