Energetika naziri və nazir müavinləri Xaçmaz, Quba və Siyəzən şəhərlərində vətəndaşları qəbul edəcək

 

İyunun 28-də Energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.  

Qəbul saat 10:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialının inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17A) keçiriləcək.

Həmin gün həmçinin Energetika nazirinin müavini Samir Vəliyev Quba şəhərində Quba və Qusar rayonlarının sakinləri, nazir müavini Elnur Soltanov isə Siyəzən şəhərində Siyəzən və Xızıdan olan yerli sakinlər ilə görüşəcək.

Vətəndaşların qəbulu saat 10:00-da Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) və  Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Xəyyam Aydınov, əlaqə telefonları:   (+99423) 325-12-38, (050) 305-51-67, (055) 721-68-30, elektron poçt ünvanı: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) vasitəsilə müraciət edə bilərlər.  

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər. 

qebul gunleri 28 iyun web

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.