2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 86 icazə verilib

 

2019-cu ilin II rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 52 icazə verilib. Bu icazələrdən 44-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların ixracı, 7-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Rüb ərzində 44 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə 2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların ixracı, idxalı və tranziti üzrə 86 icazə verilib. Bunlardan 69-u ixrac nəzarətinə düşən malların idxalı, 2-i ixrac nəzarətinə düşən malların ixracı, 15-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. 76 icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

86 ICAZE WEB

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.