AERA İdarə Heyətinin sədri bosniyalı həmkarını qəbul edib

 

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) İdarə Heyətinin sədri Samir Axundov Bosniya və Herseqovinanın Dövlət Elektrik Enerjisini Tənzimləmə Komissiyasının (SERC) rəhbəri Suad Jelkoviçi qəbul edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri, beynəlxalq enerji bazarındakı cari vəziyyət, xüsusilə elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması ilə bağlı məsələlər müzakirə edilib.

Elektrik enerjisininin tənzimləməsi sahəsində ölkəsinin təcrübəsindən danışan Suad Jelkoviç Bosniya və Herseqovina tənzimləyicisinin Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyəti (ECRB), Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA), Aralıq Dənizi Ölkələrinin Enerji Tənzimləyiciləri (MEDREG), Enerji Tənzimləyicilərinin Beynəlxalq Konfederasiyası (ICER) və Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) platformlarındakı fəaliyyətləri barədə məlumat verib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə elektrik enerjisininin tənzimləməsi sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib.   

aera 02.08.19

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.