Energetika naziri və nazir müavinləri vətəndaşlarla görüşəcək

 

Sentyabrın 27-də Energetika naziri Pərviz Şahbazov Tovuz şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialının inzibati binasında (ünvan: Tovuz şəhəri, Düz Cırdaxan kəndi) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qazax şəhərində Qazax və Ağstafa rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Qazax rayon Gənclər Mərkəzində (ünvan: Qazax şəhəri H.Əliyev parkı) keçiriləcək.

Nazir müavini Elnur Soltanov isə Şəmkir şəhərində yerli sakinlərlə görüşəcək. Qəbul saat 13:00-da Şəmkir rayon Gənclər Mərkəzində (ünvan: Şəmkir şəhəri, Bayraq Meydanı) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) vasitəsilə müraciət edə bilərlər. 

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər. 

27 SENTYABR web

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.