Azərbaycanda  oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

 

neft hasilatiRespublikada oktyabr  ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub. Bunun 644 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib. Gündəlik 569 min barrel xam neft, 76 min barrel kondensat, 9,5 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar – oktyabr aylarında orta gündəlik neft hasilatı 762  min barrel təşkil edib.

Energetika Nazirliyi oktyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.