Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edəcək

 

15-16 noyabr 2019-cu il tarixlərində Qazaxıstanın Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk Regional sammit keçiriləcək. Sammitdə Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edəcək. Energetika nazirinin sammitin açılışında çıxışı, eləcə də “Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrdə iştirakı nəzərdə tutulub. 

Asiya İnkişaf Bankı (AİB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sammitin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün resursların səfərbər edilməsi prosesində bütün maraqlı tərəflər arasında dialoqun yaradılmasıdır.

Tədbirdə hökumət, donor təşkilatları, biznes dairələri və vətəndaş cəmiyyətinin  təmsilçilərindən ibarət 300 nümayəndənin iştirakı gözlənilir.

 

1

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.