Qaz İxrac edən Ölkələr Forumunun V Sammitində Azərbaycanı Energetika naziri təmsil edəcək

 

GECFEnergetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) tədbirlərində iştirak məqsədilə Ekvatorial Qvineyaya səfər edib. 28-29 noyabr 2019-cu il tarixlərində Ekvatorial Qvineyanın paytaxtı Malaboda Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum -GECF) Nazirlər Görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammiti keçiriləcək.

Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.