Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr  2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Komissiyanın sədri, Energetika naziri Pərviz Şahbazov dövlət başçısı tərəfindən verilmiş tapşırıqların, Sərəncamdan irəli gələn vəzifələrin qısa müddətdə icra edilməsinin əsas hədəf olduğunu deyib. Nazir bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Energetika Nazirliyi tərəfindən son bir ildə görülən işlər barədə məlumat verib. Bldirilib ki, bu sahənin inkişafı üçün özəl sektorun cəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq təcrübə öyrənilib, 9 beynəlxalq şirkətlə əməkdaşlıq sənədləri imzalanıb. Ölkədə bərpa olunan enerji sahəsi üzrə mövcud şərait qiymətləndirilib, investorların maraqları nəzərə alınmaqla qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.  Beynəlxalq şirkətlərin verdikləri təkliflər dəyərləndirilib.

  İclasda gündəlikdə duran məsələlər və görüləcək işlər müzakirə edilib. Tədbirlər üzrə 5 işçi qrupu yaradılıb. Eyni zamanda, investorlarla beynəlxalq təcrübə nəzərə alınmaqla yerli qanunvericilik şərtlərinə uyğun müqavilələrin hazırlanması ilə bağlı hüquqi, institusional məsələlər üzrə də  işçi qrupunun yaradılması təklif edilib.

Tədbirlərin Sərəncamda nəzərdə tutulan müddətlərdə icrası məqsədilə müvafiq təkliflərin vaxtında təqdim edilməsi işçi qruplarına tövsiyə edilib.

IMG 2217

IMG 2226

IMG 2229

IMG 2230

IMG 2220

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.