Energetika naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev küçəsi 90) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qobustan şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Qobustan Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 242) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Siyəzən rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.), Qobustan rayonu üzrə Sumqayıt filialı (əlaqələndirici şəxs Ceyhun Nağızadə, əlaqə telefonu: (050) 275-50-01, email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) və Cəlilabad rayonu üzrə Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonu: (050) 235-17-57, email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) vasitəsilə müraciət edə bilərlər.  Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

24 YANVAR QEBUL web aze

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.