Energetika nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, fevralın 14-də Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində, nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər təbii qaz təchizatı, qaz qurğularının istismara qəbulu, elektrik enerjisi təchizatı, elektrik enerjisindən istifadəyə görə yaranmış borc və cərimələrin silinməsi, işlə təminat və digər məsələləri əhatə edib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Ümumilikdə qəbullarda 10 vətəndaşın müraciətinə baxılıb.

1ss

1ss

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.