Energetika naziri Salyanda vətəndaşları qəbul edib

 

Energetika naziri Pərviz Şahbazov martın 2-də Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Salyan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin ehtiramını bildirib.        

Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi, elektrik qurğu və avadanlıqların istismara yararsız olması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. 

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu zamanı Sabirabad rayonu və Gəncə şəhərindən qəbula gələn vətəndaşların da müraciətləri dinlənilib və onların həlli üçün lazımi göstərişlər verilib.

Qəbulda 8 vətəndaşın müraciətinə baxılıb.

IMG 20200302 WA0001

IMG 20200302 WA0003

IMG 20200302 WA0006

IMG 20200302 WA0014

IMG 20200302 WA0019

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.