Energetika naziri və nazir müavinləri Masallı, Ağsu və İsmayıllıda vətəndaşları qəbul edəcək

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, martın 13-də Energetika naziri Pərviz Şahbazov Masallı şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qarabağ küçəsi 17) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Ağsuda sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (Azərbaycan küçəsi 25) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə İsmayıllıda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 57) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Masallı rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, tel: (050) 235-17-57, email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it., This email address is being protected from spambots. You need JavaScript enabled to view it.), Ağsu və İsmayıllı rayonları üzrə isə Agentliyin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, tel: (050) 509-80-50, email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it., This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.

MART qebulu aze

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.