Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

 

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaşları qəbul edib. Qəbul zamanı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi, sayğaclaşma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər diqqətə çatdırılıb. 

Qəbulda səsləndirilən müraciətlər dinlənilib və qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, nazirlikdə və regionlarda vətəndaş qəbulu davam edir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.