Gerb

11.06.2017 Mətnin ölçüsü Plus Minus

İyunun 11-də Rusiyanın energetika naziri Aleksandr Novakın rəhbərliyi etdiyi nümayəndə heyəti II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq onun xatirəsini dərin ehtiramla yad edib. Rusiyalı nazir jurnalistlərə müsahibəsində mərhum haqqında xatirələrini bölüşərək deyib: “Dostum, Azərbaycanın energetika naziri Natiq Əliyevin vaxtsız vəfatı xəbəri məni dərindən təsirləndirdi. Mən onu işini ürəkdən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev energetikanın, neft-qaz sahəsinin, elektroenergetikanın bütün məsələlərindən peşəkarcasına baş çıxarır, Azərbaycanda energetikanın inkişafı, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün xeyli işlər görmüşdü. Biz Müstəqil Dövlətlər Birliyinin Elektroenergetika Şurasında bir yerdə işləmişdik. Mənim onunla çox yaxşı münasibətlərim var idi. Əlbəttə, böyük dostu itirmək bizim üçün kədərli hadisədir”.


Facebook-da paylaş Printer