Gerb

16.06.2017 Mətnin ölçüsü Plus Minus

Azərbaycan Respublikasının mərhum energetika naziri, “Şöhrət” ordenli Əməkdar Mühəndis Natiq Əliyevin vəfatı ilə bağlı ünvanlanmış çoxsaylı başsağlığı müraciətlərinə görə Azərbaycan Respublikasının Energetika Nazirliyi və mərhumun ailəsi adından hər kəsə dərin təşəkkürümüzü bildiririk. Bu münasibətinizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin enerji siyasətinin həyata keçirilməsində, beynəlxalq aləmdə Azərbaycanın enerji dövləti kimi öz mövqeyini daha da möhkəmləndirməsində energetika naziri kimi müstəsna xidmətləri olan Natiq Əliyevə yüksək diqqət və ehtiramınızın təzahürü kimi dəyərləndiririk. Bu sevginizə, bu kədərli günümüzdə bizimlə birgə olduğunuza görə sizlərə minnətdarıq.


Facebook-da paylaş Printer