Gerb

01.08.2017 Mətnin ölçüsü Plus Minus

"Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının 4.2 bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli 243s nömrəli Sərəncamının 2.1-ci bəndində "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması tapşırığı verilib. Bu tapşırığın icrasını təmin etmək məqsədi ilə 2017-ci il 25 iyul tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2017-ci il 3 iyul tarixli 25 nömrəli Əmri ilə yaradılmış İşçi Qrupun 2-ci iclası keçirilmişdir. İclasda Azərbaycanın elektroenergetika sektoruna ümumi baxışı nəzərdən keçirilmiş və Azərbaycanda tətbiq olunacaq elektrik enerjisi bazarının model variantları və yeni Qanun layihəsinin strukturu müzakirə edilmişdir. Bununla yanaşı, yeni "Elektroenergetika haqqında" Qanun layihəsinin hazırlanmasına Azərbaycan Respublikasının Energetika Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən USAİD-nin Aşağı Emissiyalı İnkişaf üzrə Potensialın Artırılması Strategiyası proqramı çərçivəsində təcrübəli xarici və yerli ekspertlər də cəlb edilmişdir.


Facebook-da paylaş Printer